Modern.az

Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi

Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi

Qarabağ

2 İyun 2025, 21:16

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılış mərasimi keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Azərbaycandan və MDB-yə üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iyunun 2-də Laçın şəhərinə səfər ediblər.

 

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi