Tanınmış jurnalist, İctimai Televiziyanın əməkdaşı Esmira Qasımova xoşagəlməz hadisə ilə üzləşib. Esmira Namiqqızının avtomobilindən oğurluq hadisəsi baş verib. Modern.az xəbər verir ki, bu haqda jurnalistin özü Facebook səhifəsində məlumat verib.
“Mən gözə gəldim qaliba! Gecə yaşadığım evin həyətində saxladığım maşınımın sürücü tərəfdən yan şüşəsi sindirilib. İçəridə saxladığım 3 min manat pul oğurlanıb”.
E. Qasımovanın maşınından oğurluq yaşadığı paytaxtın Rəsulzadə qəsəbəsindəki (“Vorovski”) evi qarşında baş verib.
Binəqədi rayon Polis İdarəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Modern.az