Modern.az

Səyyahlar Laçında - FOTO

Səyyahlar Laçında - FOTO

Qarabağ

11 İyul 2025, 16:04

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Bu gün səyyahlar Laçın şəhərinə gəliblər.

Modern.az xəbər verir ki, Laçına səfər edən səyyahlar əvvəlcə "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilionu ilə tanış olublar. MTP üzvlərinin Laçınla tanışlığı davam edir.

On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Beynəlxalq səyyahların səfəri işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi