Modern.az

İyulda Xıdırlıya 188 ailə KÖÇÜRÜLƏCƏK

İyulda Xıdırlıya 188 ailə KÖÇÜRÜLƏCƏK

Qarabağ

15 İyul 2025, 14:20

Ağdamın Xıdırlı kəndinə bu ay ərzində 188 ailənin köçü təmin ediləcək.

Modern.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailə kəndə köçürüləcək.

Qeyd olunub ki, Böyük qayıdış birinci Dövlət Proqramı çərçivəsində Ağdam rayonunun 5 kəndindən 3-də köç təmin olunur.

Paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək: “2026-cı ilin sonun qədər bu kəndlərdə də bərpa işləri yekunlaşacaq və əhalinin köçürülməsi təmin ediləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi