Kələcər Böyük Qayıdışa hazırlaşır. İyunun 12-də şəhərə köçəcək ilk 81 ailə arasında püşkatma təşkil olunub.
Püşkatma zamanı ailələrin yaşayacağı bina və mənzillər dəqiqləşdirilib. Köçün nə vaxt başlayacağı hələlik məlum deyil.
Modern.az-ın məlumatına görə, proses iyul ayının sonu, ən geci isə avqustun əvvəllərində həyata keçiriləcək.
Hazırda köç prosesinin logistik və təşkilati məsələləri yekunlaşdırılır.
Qeyd edək ki, əhalinin köçəcəyi binalarda işlər artıq yekunlaşıb.
Həmin binalardan görüntüləri təqdim edirik: