Modern.az

Sabah Ağdərənin iki kəndinə KÖÇ OLACAQ

Sabah Ağdərənin iki kəndinə KÖÇ OLACAQ

Qarabağ

14 Avqust 2025, 21:20

Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərinə ilk dəfə köç həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, sabah bu kəndlərə 48 ailə ailə olmaqla 172 nəfər köçürüləcək.

 

Kolatağ kəndinə 26 ailə olmaqla 89 nəfərdən ibarət köç karvanı yola salınacaq.

 

Onlar Ağdam, Bərdə, Ağcabədi, Göygöl, Tərtər, Oğuz, Qəbələ rayonları və Bakı şəhərində məskunlaşmışdılar.

 

Vəngli kəndinə isə 22 ailə olmaqla 83 nəfər köçürüləcək. Onlar Kürdəmir, Qax, Füzuli, Oğuz, Ağdam raonları, həmçinin Sumqayıt və Bakı şəhərlərində məskunlaşmışdılar.

 

Köçürüləcək ailələri məskunlaşdıqları ərazidən yerli icra qurumlarının nümayəndələri yola salacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu