Modern.az

Laçınlı Fatma nənə: Kağızda 100 yazılıb, amma 110 yaşı var - FOTO

Laçınlı Fatma nənə: Kağızda 100 yazılıb, amma 110 yaşı var - FOTO

Qarabağ

27 Avqust 2025, 16:44

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları Laçın Şəhəri Günü ərəfəsində rayonun 100 yaşlı sakini Fatma Kərimovanı ziyarət ediblər.

Modern.az xəbər verir ki, bu barədə xidmətin sosial şəbəkə hesabında paylaşım edilib. 

Bildirilib ki, sənədlərə əsasən, Fatma Kərimova 1926-cı il iyulun 1-də Laçın rayonunun keçmiş Mahmudlu bulağı adlanan ərazisində anadan olub.

Fatma xanım bildirib ki, həmin dövrdə sənədlər çox vaxt gec verildiyindən doğum tarixində dəqiqlik tam qorunmayıb. Onun sözlərinə görə, əslində 110 yaşı var.

Fatma Kərimovanın 6 övladı, 9 nəvəsi var.

1457686

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı