Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihə çərçivəsində Bakıda “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” mövzusunda sonuncu seminarını keçirib.
Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən JAM sədri Seymur Verdizadə bildirb ki, indiyədək layihə çərçivəsində Cəlilabad və Tərtər şəhərlərində analoji mövzuda seminarlar keçirilib.
İnsan hüquq və azadlıqları anlayışının geniş məhfum olduğunu bildirən S.Verdizadə vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın üzərinə düşən vəzifələrdən danışıb.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli isə insan hüquqları və azadlıqlarının müdafiəsində mətbuatın rolunun artırılmasının vacibliyini önə çəkib.
JuHİ İdarə Heyətinin üzvi Araz Zeynalov belə tədbirlərin keçirilməsinin vətəndaşların insan hüquqları və azadlıqlarının müdafiəsi baxımndan vacib olduğunu vurğulayıb.
Seminarda Demokratik Jurnalistlər Liqasından Məzahir Aşurov, Beynəlxalq Avrasiya Mətbuat Fondundan Rey Kərimoğlu, “Mərkəz” qəzetinin əməkdaşı İntiqam Valehoğlu, “Modern.az” saytının əməkdaşı Vüqar Ağamalıoğlu və digərləri çıxış edərək insan hüquqları sahəsində ortaya çıxan problemlər, onların içtimailəşdirilməsinin vacibliyi, mətbuat üzərinə düşən vəzifələrdən danışıblar.
Modern.az