Modern.az

Milli QHT forumu jurnalistləri fəxri fərmanla təltif edib

Milli QHT forumu jurnalistləri fəxri fərmanla təltif edib

Qarabağ

19 İyul 2010, 14:10

İyulun 19-da “Trend”in konfrans zalında Milli Qeyri-Hökümət Təşkilatları  Forumu (MQF) Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə bağlı tədbir keçirib. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni bütün KİV nümayəndələrini milli mətbuatın yubileyi münasibəti ilə təbrik edib. O, jurnalistlərin ölkənin ictimai-siyasi həyatında oynadığı roldan danışıb. “Arzu edirik ki, jurnalistlərimiz daha böyük uğurlara imza atsınlar”-deyə R.Zeyni əlavə edib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Elman Paşayev də milli mətbuatının 135 illik yubileyi ilə bağlı ölkə jurnalistlərini təbrik edib. Sonda Milli QHT forumu adından ölkədə fəaliyyət göstərən televiziyalar, informasiya agentlikləri, xəbər portalları və qəzetlərin əməkdaşları fəxri fərmanla təltif edilib. Təltif olunan media nümayəndələri arasında Modern.az-ın əməkdaşı Mail Ağaxanov da var. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama