Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırıb (fotosessiya)

QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırıb (fotosessiya)

Qarabağ

20 İyul 2010, 14:55

Modern.az saytı xəbər verir ki, bu gün “Park İnn” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi jurnalist müsabiqəsində qalib olan yazarların adları açıqlanıb. QHT mövzusunda 30 yazının təqdim olunduğu müsabiqədə I yerə Elxan Salahov ( “Lent.az” saytı) və Elşad Paşasoy (“Yeni Müsavat” qəzeti), II yerə Rövşən Hacıbəyli (“Azadlıq” qəzeti) və Aytən Fərhadova (“Ekspress” qəzeti), III yerə Rəşad Süleymanov ( APA İnformasiya Agentliyi) və Fərəh Sabirqızı ( “Modern.az”) layiq görülüb.

Famil Cəfərli (“Yeni Müsavat” qəzeti), Zahir Əmənov (“Cənub xəbərləri” qəzeti), Qalib İbrahimoğlu (“Ekspress” qəzeti), Sevinc Mürvətqızı ( “525-ci qəzet” ) Şücəddin Şərifov (“Azadlıq” qəzeti), Zülfiyyə Quliyeva (“Mərkəz” qəzeti), İlkin Ağayev (“Palitra” qəzeti), Alı Rza (“Azadlıq” qəzeti), Nadir Azəri (“Yeni Azərbaycan” qəzeti), Pərvanə Sultanova (“525-ci qəzet”) həvəsləndirici mükafat alıb.

Müsabiqəyə təqdim edilən yazıları “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova və telejurnalist Sevinc Osmanqızı qiymətləndirib.

I yeri tutanlar 1000, II yeri tutanlar 800, III yeri tutanlar 500 manat qazanıb. 10 həvəsləndirici mükafata layiq görülmüş müəlliflərə isə 100 manat verilib.

 

 

 

 

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama