Modern.az

Gənclər üçün Təhsil Mərkəzinin əməkdaşları Kiyevə gediblər

Gənclər üçün Təhsil Mərkəzinin əməkdaşları Kiyevə gediblər

Qarabağ

21 İyul 2010, 15:04

Gənclər üçün Təhsil Mərkəzinin əməkdaşları Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Qafqazda təhsil üzrə əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edirlər. Mərkəzdən Modern.az-a verilən məlumata görə,

Soros Fondunun Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə keçirilən konfransın əsas məqsədi Qafqaz regionunda təhsil sahəsində QHT əməkdaşlığını gücləndirmək, birgə layihələr həyata keçirmək və vahid modellər təklif etməkdir.

Konfransda iştirak edən Mərkəzin direktor müavini Elnur Axundov və insan resursları bölməsinin rəhbəri Rasim Ağayev 2 il bundan öncə Təhsilə Dəstək Proqramının maliyyələşdirdiyi və Füzuli rayonunda icra edilən uzunmüddətli layihəni təqdim etmiş, onun nəticələri barədə iştirakçılara məlumatlar vermişlər.

Konfransda növbəti illər üzrə birgə əməkdaşlıq imkanları müzakirə edilib və təkliflər verilib.

Qeyd edək ki, regional və beynəlxalq təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli imkanlar yaradan bu konfrans ötən illərdə də Avstriyada keçirilmişdi.

Kiyevdə “RUS” otelində keçirilən konfrans sabah öz işinə yekun vuracaq. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama