Modern.az

Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk Qrupunun 18 illik fəaliyyəti sıfıra bərabərdir”

Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk Qrupunun 18 illik fəaliyyəti sıfıra bərabərdir”

Qarabağ

21 İyul 2010, 15:17

Bu gün “Mübariz  Əhmədoğlu ilə Qarabağ  saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Almaatı görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi ətrafında yaranmış vəziyyəti təhlil edib.  Almaatı  görüşünün nəticəsiz başa çatdığını deyən politoloq bunu ATƏT-in  Minsk  qrupunun  fəaliyyətsizliyi ilə  əlaqələndirib: ”ATƏT-in  Minsk Qrupunun18 illik fəaliyyəti sıfıra bərabərdir. ATƏT-i regiona 1992-ci ildə Azərbaycan gətirib.  Həmin vaxt  bu məsələ  ilə bağlı  Rusiya və Azərbaycan arasında gərginlik yaranmışdı.  Amma  aradan 18 il keçəndən sonra   ATƏT  bütün  rıçarqları Rusiyaya verib  regionu tərk edir”.

M.Əhmədoğlu  deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan iki dövlətin - ABŞ  və Rusiyanın tutduğu mövqe  Dağlıq  Qarabağ münaqişəsinin  ədalətli həllinə mane olur:  ”ABŞ dövlət katibi  xanım   Klinton regiona səfəri zamanı  6 saat Gürcüstanda,  8 saat Azərbaycanda , 17 saat isə Ermənistanda oldu.  Xanım Klinton  Yerevanda  olarkən bəyan etdi ki,  Ermənistanın həm regionda, həm də  regiondan kənarda  cərəyan edən proseslərdə  mühüm  rolu var.  Regiondan  kənarda   Ermənistanın  hansı rolu ola bilər?  Bu o deməkdir ki,  ABŞ  Ermənistandan  Rusiya və digər  dövlətlərin əleyhinə istifadə etməyə hazırlaşır.  ”Vaşinqton Post”   “Yerevan  Post”a  çevrilib. Obama  Administrasiyasının nəzarəti altında olan bu qəzet  Azərbaycan əleyhinə qərəzli yazılar yazmaqla məşğuldur. Barak  Obama özünü  ermənilərə borclu hesab edir.  ABŞ-da  haimiyyət dəyişəndən sonra ermənilər  həm  Konqresdə, həm Dövlət Departamentində, həm də hakim  partiyanın  mərkəzi qərargahında  vəzifə tutmağa başlayıblar”.

Sonda  M.Əhmədoğlu  maraqlı təkliflə çıxış edib.  SİTM  sədri  Dağlıq  Qarabağın  azərbaycanlı və erməni icmalarının  görüşünün təşkil edilməsinin vacibliyini bildirib:  “Yaxşı olar ki,  bu təşəbbüslə Rusiya çıxış etsin. Hələ indiyədək heçbir dövlət  Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarını bir araya gətirə bilməyib.  Məncə,  belə bir görüşün  Rusiyanın  Şimali  Qafqaz vilayətində keçirilməsi çox  əhəmiyyətli olardı. Qafqaz  xalqlarının mentalitetində  sülhün , barışın  xüsusi yeri  var. Rusiya  belə bir təşəbbüslə çıxış etməklə  Şimali Qafqaza   sülh, əminamanlıq  gətirə bilər”. 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama