Modern.az

Vüsalə Mahirqızı: “Sizi məhkəmədə mənim əlimdən heç kim ala bilməyəcək!”

Vüsalə Mahirqızı: “Sizi məhkəmədə mənim əlimdən heç kim ala bilməyəcək!”

Qarabağ

9 Oktyabr 2014, 16:01


“APA adı ilə sayt açanlar, bizim adımızdan istifadə eləyənlər, xəbərləriniz gəlib çatır. Sizi məhkəmədə mənim əlimdən heç kim, amma heç kim ala bilməyəcək! Heç kimə güvənməyin. APA adının rəsmi patenti bu şirkətdədir. Hamısını tək-tək məhkəməyə verəcəyik”.

Modern.az saytı xəbər verir ki, bu açıqlama ilə “APA Holding”-in rəhbəri Vüsalə Mahirqızı çıxış edib. Onun sözlərinə görə, bu günlərdə apanews.az adlı saytın açıldığından xəbər tutublar. Araşdıranda məlum olub ki, sözügedən sayt Əflatun Məmmədov adlı bir nəfərin adına qeydiyyatdadır.

V.Mahirqızının sözlərinə görə, “APA” brendi yalnız onun rəhbəri olduğu holdinqə məxsusdur.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu