Ötən axşam Türkiyənin Azərbaycandakı səfirliyində Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə bağlı tədbir keçirilib. Modern.az-ın məlumatına görə, mərasimdə çıxış edən səfir Hülusi Kılıc Türkiyə-Azərbaycan münasibətlərindən, dostluq və qardaşlıq bağlantılarından danışıb. Səfir media mənsublarına işlərində uğurlar, obyektiv fəaliyyət diləyib.
Daha sonra tədbirdə bir sıra mətbuat nümayəndəsi mükafatlandırılıb. Mükafat alan media nümayəndələri arasında Modern.az-ın baş redaktoru Elşad Eyvazlı da var.
Modern.az