Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hələ də mənzil qərargahı yoxdur. Bu barədə Modern.az saytına açıqlamasında Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib.
O, qeyd edib ki, hazırda faliyyət göstərdikləri ofis özlərinə məxsus deyil: “Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası kiralədiyi ofisdə fəaliyyət göstərir. Ancaq belə fəaliyyət işimizə heç bir maneçilik törətmir. Təbii ki, özümüzün mənzil qərargahımız olsaydı, bu, daha yaxşı olardı. Azərbaycanın iqtisadi imkanları günbəgün güclənir. Hesab edirik ki, yaxın zamanlarda bu məsələ müsbət mənada həllini tapacaq”.
Xatırladaq ki, Mətbuat Şurası və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinn İnkişafına Dövlət Dəstəyi Fondu daimi mənzil qərargahla təmin olunublar.
Modern.az