Modern.az

«KİV-də «qara piar»: media seçkilərə necə gedir?»

 «KİV-də «qara piar»: media seçkilərə necə gedir?»

17 Avqust 2010, 09:43

Mətbuat Şurası bu gün «KİV-də «qara piar»: media seçkilərə necə gedir?» mövzusunda «dəyirmi masa» keçirəcək.

«Dəyirmi masa»da son günlər ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrinin fəaliyyətində yer alan «qara piar» əlamətləri barədə söhbət açılacaq, bəzi qəzetlərdə bunun təzahür forması kimi meydana çıxan konkret faktlardan danışılacaq, mövcud istiqamətdəki vəziyyətə təsir etmə imkanlarına dair fikir mübadilələri aparılacaq. Tədbirdə həmçinin KİV-lərin seçki prosesini işıqlandırmaları ilə bağlı peşəkarlıq xüsusiyyətləri də müzakirə predmetinə çeviriləcək.

Toplantıda KİV rəhbərlərinin, media ekspertlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı planlaşdırılır. Tədbir saat 15.00-da Azərbaycan Mətbuat Şurasında baş tutacaq

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama