Türkiyənin “Sabah” qəzeti Azərbaycana qarşı ərazi təxribatına yol verib. Modern.az saytının məlumatına görə, qəzetin “3 paytaxtı, 11 rəsmi dili, 5 fərqli dildə himninin sözləri olan ölkə var” başlıqlı yazısında dünya dövlətlərinin dil, adət-ənənələrindən söhbət açılır.
Qeyd edək ki, başlıq Cənubi Afrika Respublikasına aid edilib. Siyahıya 206 ölkə daxil edilib. Lakin Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası da “müstəqil dövlət” kimi həmin sırada yer alıb.
Bununla yanaşı, Gürcüstan ərazilərində yaradılmış separatçı Abxaziya rejimi də ayrıca “dövlət” kimi xarakterizə edilib.
Modern.az