Modern.az

Qadınlar Mübariz İbrahimovun ailəsinə baş çəkəcəklər

Qadınlar Mübariz İbrahimovun ailəsinə baş çəkəcəklər

17 Avqust 2010, 16:09

Sabah “Lider Qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə  Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar siyasətini dünya birliyinə çatdırmaq məqsədi daşıyan mətbuat konfransı keçiriləcək.

“Lider Qadınlar” İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan qadınlarının bu işinə Türkiyə, Rumıniya və Gürcüstandan olan bir sıra qadın təşkilatları da həmrəy olduqlarını bildiriblər.
Sabahkı tədbirdə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək.

Mətbuat konfransından sonra tədbir iştirakçıları Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkməyə yola düşəcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama