Modern.az

Xanəndə Ehtiram Hüseynov: “Çox həyəcanlı idim” - MÜSAHİBƏ

Xanəndə Ehtiram Hüseynov: “Çox həyəcanlı idim” - MÜSAHİBƏ

8 Dekabr 2014, 13:11


Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Ehtiram Hüseynovun solo konserti baş tutub. Çoxsaylı muğamsevərlərin iştirakı ilə keçən konsert tamaşaçıların zövqün oxşayıb. Konsert sonrası xanəndə fikirlərini Modern.az saytı ilə bölüşüb: 

-Ehtiram bəy, əvvəla təbrik edirik. Əhvalınız necədir?

-Təşəkkür edirəm, minnətdaram təbrikiniz  üçün. Çox həyəcanlı idim. Amma tamaşaçıların alqışları və dəstəyi mənə güc verdi. İlk dəfə idi solo konsert verirdim.Bu  mənim tamaşaçılar və müəllimlərim qarşısında bir növ sınaq imtahanım idi.Bu imtahandan necə çıxdığımı onlar daha yaxşı bilirlər.

-Yorulmadınız ki?

-Qətiyyən! Bu cür tamaşaçı dəstəyi ilə saatlarla oxuya bilərəm. Ustad sənətkarlarımızın qarşısında çıxış eləmək çətin və məsuliyyətli olsada hesab edirəm ki, öhtəsindən gəldim. İki saatdan çox bir müddətdə tamaşaçı səni dinləyib, alqışlayırsa yorulmaqdan söhbət gedə bilməz.

-Yeni və maraqlı bir repertuar seçmişdiniz..

- Əvvəla onu deyim ki,  “Muğam Azərbaycanın milli sərvətidir”, - deyən cənab Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”, - söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini yaşayır və dünyada sevilir. Bu diqqət qayğıaya görə ölkə başçımıza, Mehriban xanıma dərin təşəkürümü bildirirəm. Biz də çalışırıq ki, yaradılan bu şəraitdən istifadə edərək əlimizdən gələni edək. Uzun müddətdir ki, konsertə hazırlaşırdıq. 3-4 ay boyunca gərgin məşqlərimiz olub. Respublikamızın əməkdar artisti tarizən Malik Mansurov  başda olmaqla “Naz- nazı” ansamblının bütün üzvlərinə təşəkkür edirəm. Çox məsuliyyətli bir işin öhdəsindən layiqincə gəldilər. Çalışdıq ki, biraz fərqli yanaşma edək.Yenə də deyirəm  nə qədər uğurlu alındığını  tamaşaçılar qiymətləndirəcək.



Siyavuş ƏMİRLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu