Modern.az

Azərbaycan qadınları sabah Rusiya səfirliyinin önündə piket keçirəcəklər

Azərbaycan qadınları sabah Rusiya səfirliyinin önündə piket keçirəcəklər

18 Avqust 2010, 14:34

Avqustun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda “Lider Qadınlar ” İctimai Birliyin təşəbbusu ilə qadın QHT-lərin mətbuat konfransı keçirilib. Konfransda iyunun 18-19-a keçən gecə Tərtərin rayonun Çaylı kəndi istiqamətində erməni silahlı quvvələri ilə təkbaşına atışmada şəhid olan Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin geri alınması yollarından danışılıb.

“Lider Qadınlar ”İctimai Birliyin sədri Məlahət İbrahimqızı bildirib ki, tədbirdən sonra Mübariz İbrahimovun ailəsinə baş çəkəcəklər. “Orada şəhidimizin valideynlərinə başsağlığı verib və onların dərdinə şərik olacağıq. Bizim çağırışımıza səs verən bütün qadınlar bildiririlər ki, “hamımız Mübarizin anasıyıq””.
M.İbrahimqızı onu da vurğulayıb ki, sabahdan Rusiya səfirliyinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ünvanlayacaqlar: “Sabah biz Rusiya Federasiyasının Bakıdakı səfirliyinin önünə toplaşıb etirazımızı bildirəcəyik. Bundan başqa, nüfüzlü beynəlxalq qadın təşkilatları olan Dunya Qadınlar Hərəkatı Birliyi, “Əsgər Analar” Təşkilatı, Beynəlxalq Analar Təşkilatı, Avropa Qadınlar Hərəkatı, BMT, Avropa Şurası Parlament Ansambleyasına insanlığa cinayət olan bu hadisə ilə bağlı Azərbaycan anaları adından müraciət göndərəcəyik. Məsələni davamlı olaraq diqqətdə saxlayacağıq. Biz müraciətləri göndərəndə şüarımız bu olacaq: “Biz hamımız Mübarizin anasıyıq”.

Tədbirdə digər qadın ictimai birliklərin nümayəndələri təkliflər səsləndiriblər. Təklif olunub ki, ümumtəhsil ocaqlarında və ali məktəblərdə Mübarizin qəhrəmanlığı gənclərimizə təbliğat olunsun, bütün telekanallarımızda hər gün Milli Qəhrəman barəsində qısa anons verilsin.

Sonda qadın QHT-lərin beynəlxalq təşkilatlara hazırladığı müraciəti oxunub.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama