Modern.az

Türk PA jurnalistləri mükafatlandıracaq

Türk PA jurnalistləri mükafatlandıracaq

23 Avqust 2010, 11:57

Türkdilli Ölkələrin Parlament Assambleyalarının (Türk PA) Baş Katibliyi jurnalistləri mükafatlandıracaq. Bu barədə Modern.az-a Türk PA-nın Bakıdakı ofisindən məlumat verilib.
Məlumatda bildirilib ki, çərşənbə günü keçiriləcək mərasimdə Türk PA-dan yazan, bu qurumla bağlı məsələləri gündəmdə saxlayan jurnalistlərə mükafatlar veriləcək.
Tədbir Türk PA-nın Milli Məclisdəki ofisində keçiriləcək. Qeyd edək ki, tədbirdə həm də Türk PA-nın internet saytının təqdimatı olacaq.

Türkdilli Ölkələrin Parlament Assambleyası ötən il Bakıda təsis olunub. Təşkilatın baş katib Ramil Həsənov Azərbaycandan, onun müavinləri Türkiyədən və Qazaxıstandandır.  

Modern.az 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama