Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Orxan Ərəbov Meksikanın Monterrey şəhərində Dünya Gənclər Konfransında iştirak edir.
Milli Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 29-dək davam edəcək konfransın keçirilməsində bir çox hökümətlər, vətəndaş cəmiyyətləri və Birləşmiş Millətlər Təşkilatları dəstək olub.
Bu tədbirdə dünyanın 196 ölkəsindən gənc nümayyəndələr iştirak edir. Konfransda əsas nəticə olaraq Minilliyin İnkişaf Məqsədləri və gənclərlə bağlı olan bəyannamənin qəbul olunması gözlənilir.
Konfrans BMT tərəfindən bəyan olunmuş Beynəlxalq Gənclər İli kontekstində keçirilir. Konfransda yoxsulluq və müstəsnalıq, məşğliyyət, təhsil, texnologiya və innovasiya, sağlamlıq, gender bərabərliyi, təhlükəsizlik, ictimai adalət və insan hüquqları, davamlı inkişaf, beynəlxalq miqrasiya və global əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.
Modern.az