Modern.az

“Qarabağ Uğrunda” Jurnalist Hərəkatı təsis oldundu - Bəyanat

“Qarabağ Uğrunda” Jurnalist Hərəkatı təsis oldundu - Bəyanat

Qarabağ

5 Fevral 2015, 15:01

Azərbaycanın beş tanınmış jurnalisti “Qarabağ Uğrunda” Jurnalist Hərəkatı təsis etdikləri barədə bəyanat yayıblar. 

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, “Qafqazinfo” saytının baş direktoru Elbrus Ərud, Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu və AzerFax.az sayıtnın baş redaktoru Nicat Dağların təşəbbüsü ilə yaradılan Hərəkat Ermənistanın işğalçı siyasətinə, azərbaycanlıların öz torpaqlarından didərgin salınması faktına hüquqi qiymət verilməsi, Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanıdılması istiqamətində fəaliyyət göstərəcək. 

Hərəkat region və Avropa ölkələrinin aparıcı KİV orqanlarının redaksiyalarında görüşlər təşkil etməyi və həmin media qurumlar ilə əməkdaşlıq quraraq Qarabağla bağlı yazıların müxtəlif dillərdə dərc etdirməyi əsas həfələrdən biri kimi müəyyənləşdirib. 

Hərəkat eyni zamanda, “Qarabağ” Futbol Klubunun nüfuzlu beynəlxalq turnirlərdəki çıxışı zamanı xarici mediada təbliğatının aparılmasına da diqqət yönəldəcək.
“Öz imkanlarımızı səfərbər edərək başladığımız bu işin düşmənlə informasiya müharibəsində də üstünlüyümüzü təmin edəcəyinə şübhə etmirik. Hərəkatın təsisçiləri olaraq bütün həmkarlarımızı bu işdə yaxından iştirak etməyə çağırırıq”,-deyə hərəkat bəyanat verib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu