Rusiya prezidenti Vladimir Putin martın 5-də Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Milli Məclisin spikeri Oqtay Əsədovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Modern.az saytı xəbər verir ki, fərmanda Əli Həsənov və Oqtay Əsədovun Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdikləri böyük töhfələrə görə “Dostluq” ordeni ilə təltif edilməsi göstərilib
Fərman Rusiyanın hüquqi informasiya portalında dərc edilib.
Modern.az