Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

14 Sentyabr 2010, 12:53

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu ictimai vəsaitlərin istifadəsində hesabatlılığı, şəffaflığı və səmərəliliyinə dair jurnalist müsabiqəsinin növbəti mərhələsini elan edib.
Modern.az
-ın Fonda istinadla verdiyi məlumata görə, müsabiqədə iqtisadiyyat sahəsində təcrübəsi olan peşəkar yazarlar, o cümlədən adı çəkilən sahəyə marağı olan və özünü sınamaq istəyən jurnalistlər iştirak edə bilərlər. Müsabiqə mərhələli olacaq.

İlkin mərhələdə jurnalistlərdən seçdikləri mövzu üzrə maksimum 400 sözlük konsepsiya tələb edilir. Konsepsiyada araşdırmanın necə aparılması barədə məlumat əks etdirilməlidir. Bu mərhələdə qalib gələn jurnalistlər növbəti mərhələdə iştirak imkanı qazanır.
Növbəti mərhələdə isə jurnalistlər tərtib etdikləri konsepsiya üzrə araşdırma yazısı hazırlayırlar və mətbu orqanında çap etdirirlər və birinci mərhələ qalibi kimi  200 dollar həcmində mükafat əldə edirlər. İkinci mərhələdə mükafatların məbləği və sayı araşdırmaların keyfiyyətindən asılı olaraq müsabiqə komissiyası tərəfindən müəyyən olunacaq. Müsabiqənin ümumi mükafat fondu 10.000 dollardır.   

Konsepsiyaları təqdim etmək üçün son tarix 25 sentyabr 2010-cu ildir.
Konsepsiyalar [email protected]This e-mail address is being protected from spam bots, you need JavaScript enabled to view it və [email protected]This e-mail address is being protected from spam bots, you need JavaScript enabled to view it ünvanına “müsabiqə üçün” başlığı altında və ya H. Əliyev 117 A ünvanına göndərilməlidir.

Konsepsiya mövzuları

1) Ünvanlı sosial yardımlara dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi sahəsində vəziyyətin araşdırılması. Araşdırma zamanı jurnalist mövzu ilə əlaqədar aşağıdakı məqamlara xüsusi diqqət yetirməlidir: 
Sosial yardıma ehtiyacı olan yoxsul insanların həmin yardımlara əlçatnlığı;
Ehtiyacı olmayan ailələrə ünvanlı sosial yardımların təyin olunması ilə bağlı səslənən faktların səhihliyi;
Ünvanlı sosial yardımların təyin olunması zamanı səlahiyyətli dövlət qurumlarında korrupsiya hallarının baş verməsinə dair informasiyaların dürüstlüyü.    

2)
PrezidentFonduvasitəsiləxərclənəndövlətbüdcəsivəsaitləriüzərində  şəffaflığıntəminolunmasısahəsindəvəziyyətin araşdırılması. Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:  
2.1. 2009-2010-cu illərdə Fonddan Bakı və Sumqayıt şəhərlərinin abadlaşdırılması məqsədilə ayrılmış vəsaitlərin xərclənmə istiqamətləri;
2.2. 2009-2010-cu illərdə Fonddan regionların sosial-iqtisadi inkişaf üçün ayrılmış vəsaitlərin təyinatı;
2.3. Fonddan ayrılmış vəsaitlər hesabına icra olunan layihələrə Hesablama Palatasının nəzarət imkanlarının mövcudluğu. 

3) Kür-Araz daşqınlarıiləbağlıxərclənənvəsaitlərinistifadəsisahəsindəvəziyyətinaraşdırılması. Araşdırma zamanı jurnalist mövzu ilə əlaqədar aşağıdakı məqamlara  diqqət yetirməlidir:  
3.1. Əhaliyə ödənilən kompensasiyaların hesablanması və ödənilməsi sahəsində şəffaflığın təmin olunması imkanları;
3.2. Əhali üçün mənzil tikintisi ilə bağlı xərcləmələr sahəsində problemlər;
3.3. Vəsaitlərin istifadəsi üzərində ictimai nəzarət imkanının mövcudlucu;
3.4. Araz çayı üçün yeni qolun tikintisi layihəsinə sərf olunmuş vəsaitlərin və bu layihənin icrası mərhələsində yaranmış problemlərin araşdırılması.           

4)
Aqrarsektoruninkişafınaxərclənənvəsaitlərinistifadəsisahəsindəvəziyyətinöyrənilməsi. Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:  
4.1. Fermerlərə subsidiyaların hesablanması və ödənilməsi sahəsində müşahidə olunan tendensiyalar, konkret ərazilərdə subsidaya verilən insanların siyahılarının ictiimaiyyət üçün açıqlığı imkanının mövcudluğu;
4.2. Lizinq yolu ilə ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının alınması, bölüşdürülməsi və dövlət mülkiyyətində saxlanılan texnikaların hazırkı istifadə vəziyyəti;
4.3. Güzəştli qiymətlərlə fermerlərə çatdırılmalı olan gübrələrin böülüşdürülməsi sahəsində problemlər; 4.4. Melorasiya tədbirləri (torpaqarın şoranlaşmasının qarşısının alınması və drenac kanalların qazılması, artezianların qazılması, çay və kanalların təmizlənməsi, sahilbərkitmə tədbirləri və s.) üçün nəzərdə tutulan vəsaitlərin istifadəsi sahəsində real  vəziyyət;
5. Xaricdən cins-mala qaranın və müxtəlif toxum sortlarının gətirilməsi, həmçinin fermerlərin onlardan istifadəsi sahəsində müşahidə olunan problemlər.   

5)
Ekolojilayihələrəayrılanvəsaitlərinistifadəsisahəsindəvəziyyətinöyrənilməsi. Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:  
5.1. Ekologiya ili ilə əlaqədar xərcləmələrin  araşdırılması və bu istiqamətdə həyata keçirilən layihələr;
5.2. Meşələrin bərpası ilə bağlı xərcləmələr və əldə olunan real nəticələr;  

6) İnvestisiya layihələrinin icrasına ayrılan vəsaitlərin istifadəsi sahəsində vəziyyətin öyrənilməsi.
Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır:  
2010-cu ildə ölkə ərazisində yol və yol qovşaqlarının, həmçinin yeraltı və yerüstü keçidlərin tikintisi ilə bağlı həyata keçirilən layihələrin icrası vəziyyətinin araşdırılması;
Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması layihəsinə 2008-2010-cu illərdə sərf olunan vəsaitlərin və bu istiqamətdə əldə olunan nəticələrin araşdırılması;
2010-cu ildə mədəniyyət, incəsənət və idman sahələrilə bağlı həyata keçirilən layihələrin icrası vəziyyətinin araşdırılması; 2010-cu ildə iri dövlət şirkətləri («Azərsu» ASC, «Azal» QSC, «Azərenerci», «Bakıelektrik şəbəkə», «Xəzərdənizgəmiçiliyi» və s.) üçün nəzərdə tutulmuş layihələrin icrası vəziyyətinin araşdırılması;  

7) Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə xərclənən vəsaitlərin istifadəsi sahəsində vəziyyətin öyrənilməsi.
Tədqiqat mərhələsində jurnalist mövzu ilə əlaqədar aşağıdakı istiqamətləri diqqətdə saxlamalıdır: 
7.1. Fondun vəsaitlərinə sahibkarların əlçatanlıq imkanlarının qiymətləndirilməsi;
7.2. Axır 5 ildə xərclənən vəsaitlərin real təsirlərini əks etdirən konkret nümunələr (məsələn, ayrıca göütürülmüş müəssisənin və ya müəssilərin timsalında onların büdcə ödənişlərinin, istehsal və ixrac olunan məhsullarının artım dinamikası, yeni açdığı iş yerləri, həmin iş yerlərinin peşələr və ixtisaslar üzrə strukturu);
7.3. Həmin kreditlərin biznes mühitinə real təsirləri (məsələn, yaradılmış məhsul anbarları və soyuducular həmin ərazidə yaşayan kənar fermerin məhsulu üçün nə dərəcədə əlçatandır)
7.4. Yeni yaranan istehsalların idxal məhsulları ilə bazarda rəqabət imkanınını nümayiş etdirən real nümunələr.   

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama