Modern.az

25 xocalılını Türkiyəyə niyə çağırdılar?

25 xocalılını Türkiyəyə niyə çağırdılar?

Qarabağ

9 Aprel 2015, 12:37

 

Aprelin 22-də Xocalı soyqırımı zamanı öldürüldükləri səbəbindən hər iki valideynini itirən 25 nəfər İstanbula gedəcək. Bu barədə Modern.az-a Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində fəaliyyət göstərən Media İşçi Qrupunun rəhbəri Elşad Eyvazlı məlumat verib.

O qeyd edib ki, aprelin 23-də Türkiyədə “Çocuk şöleni” keçiriləcək: “Buna görə də İstanbul Ticarət Odasından onlarla əlaqə saxlayaraq “Böyüməyən 25”lərin İstanbula aparılması xahiş olunub.

Biz də təbii  ki, onların istəklərini yerinə yetirdik və artıq məsələ hazırlıq mərhələsini keçib. 20-yə yaxın hər iki valideynini itirən şəxs İstanbula gedəcək”.

Səhər proqramına gəlincə, Elşad Eyvazlı bildirib ki, İstanbulda böyüməyən uşaqlarla bağlı özünün rəhbərliyi ilə hazırlanan “Böyüməyən Uşaqlar” filminin təqdimatı , eyni zamanda “Böyüməyən Uşaqlar ” kitabının türkcə çap olunan nüsxəsi təqdim olunacaq.

Bundan başqa, həmin uşaqlar Türkiyənin ən böyük televiziyalarında 1992-ci il fevral 25-dən 26-na keçən gecə başlarına gələn dəhşətli olaylar, valideynlərini necə itirmələri barədə müsahibələr verəcəklər”.

Elşad Eyvazlı bildirib ki, bu uşaqların Türkiyənin məşhur televiziyalarına çıxarılması və orada mesajlar verməsi həm də 24 aprellə bağlıdır: “Çünki 24 apreldə Ermənistanda qondarma “Erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbir keçiriləcək. Bu şəxslər danışan zaman dünya görəcək ki, əsas soyqırımı elə Ermənistan törədib.

Özü də uzaq keçmişdə deyil, hər birimizin yaddaşında olan 1992-ci il fevralın 25-dən 26- na keçən gecə törədiblər. Bu, bütün dünyaya çatdırılacaq və Ermənistanın keçirəcəyi qondarma “erməni soyqırımı” aksiyalarına tutarlı cavab olacaq”.  

Ulduz İBRAHİMOVA     

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu