Modern.az

Deputatlığa namizədliyini irəli sürən ən gənc iddialılar...

Deputatlığa namizədliyini irəli sürən ən gənc iddialılar...

17 Sentyabr 2010, 17:31

Mili Məclisə keçiriləcək parlament seçkilərində iştirak etmək isətəyən gənc nəslin nümayəndləri də var. 
Modern.az MSK-nın mətbuat xidmətinə istinadən bildirir ki, bu günə qədər DSK-lardan imza vərəqələri almış ən gənc iddiaçıların 26 yaşı var. Bunlar 18 saylı Nərimanov –Nizami seçki dairəsi üzrə imza vərəqələri almış 1984-cü il təvəllüdlü Ülvi Kazımov və 26 saylı Sabunçu birinci seçki dairəsində sənədləri qəbul edilən Ruslan Rzayevdi. 

Ruslan DSK-da “Yeni Nəsil Azərbaycan gəncliyi” İctimai Birliyinin sədri kimi qeydiyyatdan keçib. Ülvi Kazımov isə “Gənclər Təşəbbüləri Şəbəkəsi” İctimai Birliyini təmsil edir.  Hər ikisi öz təşəbbüsləri ilə seçki marafonuna qoşulublar.

Daha iki namizəd isə 1982-ci il doğumludur.  9 saylı Binəqədi ikinci seçki dairəsindən imza vərəqəsi almış 27 yaşlı Kamran Abbasov sənədlərdə işsiz və bitərəf kimi göstərilib. O, özü öz namizədliyini irəli sürüb. 28 yaşlı Ziya Quliyev isə 30 saylı Suraxanı birinci seçki dairəsindən qeydə alnıb. Bu gənc də işsiz və bitərəfdir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama