Modern.az

Mübariz haqqında "Mübariz" kitabı

Mübariz haqqında "Mübariz" kitabı

18 Sentyabr 2010, 23:40

Sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin “Mübariz” povestinin təqdimatı olub.
Mərasimdə şəhidin yaxınları, ziyalılar, müəllif, kitaba ön söz yazmış yazıçı-dramaturq Əli Əmirli iştirak edib.
“Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çox yüksək keyfiyyətlə, nəfis şəkildə çap olunmuş povestdə 22 yaşlı Milli Qəhrəmanın nəsillərə örnək olan həyatı, döyüş yolu öz əksini tapıb.
Kitab Prezident İlham Əliyevin Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında Sərəncamı ilə açılır. Nəşrdə Mübarizin qısa, lakin şərəfli ömür yolundan bəhs edilir, igid döyüşçünün daxili aləmi, həyəcanları, mənəvi dünyasında baş verən oyanış, onu daim narahat edən və intiqama səsləyən hiss və həyəcanlar bədii boyalarla verilib.
Tədbirdə çıxış edən Mustafa Çəmənli kitabın ərsəyə gəlməsini qəhrəmanın ruhuna bir tohfə kimi qiymətləndirib.
Çıxış edənlər Milli Qəhrəman Mübariz İbrahimovun adının xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi yazılacağını vurğulayıblar.
500 nüsxədə çap olunmuş kitabın pulsuz paylanması nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama