Modern.az

Mübariz İbrahimov haqqında «Müqəddəs Zirvə» filmin təqdimatı olub

Mübariz İbrahimov haqqında «Müqəddəs Zirvə» filmin təqdimatı olub

Qarabağ

22 Sentyabr 2010, 16:17

Sentyabrın 22-də «Azərbaycan Dövlət Film Fondunun» kinozalında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə ithaf olunmuş «Müqəddəs Zirvə» adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə çəkilən filmin rejissoru Etibar Məmmədov, redaktoru Günel Paşayeva, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır.
«Müqəddəs Zirvə» sənədli filmində Mübariz İbrahimovun həyatı və döyüş yolundan bəhs olunur. Filmdə Milli qəhrəmanın valideynləri, yaxınları, həmçinin daxili qoşunlarda və Milli orduda əsgər yoldaşları, komandirlərinin fikirləri öz əksini tapıb. Filmdə Mübariz İbrahimovun Vətən, Qarabağ haqqında düşüncələri  xüsusi yer tutur.

Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf edilmiş, millət vəkili Qənirə Paşayevanın sözlərinə və Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın musiqisinə yazılmış «Şəhidim» musiqi kompozisiyasının təqdimatı da keçirilib.

Tədbirdə Mübariz İbrahimovun valideynləri, döyüş yoldaşları, millət vəkilləri, Azərbaycan ictimaiyyətinin görkəmli nümayəndələri, gənclər iştirak ediblər.


 

 


Modern.az


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama