Modern.az

Səbailin icra başçısının oğlu məhkəmə zalında həbs edildi

Səbailin icra başçısının oğlu məhkəmə zalında həbs edildi

Qarabağ

12 May 2015, 11:42

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Ələsgərli və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“McDonalds Azərbaycan"ın rəhbəri Maqsud Mirzəyevin hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva Modern.az saytına bildirib ki, məhkəmənin çıxardığı qərardan razıdırlar: 

“Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qəza ilə bağlı adları keçən hər iki sürücünü təqsirli bildi. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edildi. Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov məhkəmə zalında həbs edildi”.

Ötən ilin sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli  və sürücüsü Pərvin Fətullayev yaralanıb. Onların hər üçün xəstəxanaya yerləşdirilsə də, yalnız Sənan Mirzəyev ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılıb.

Bu iş üzrə davam edən məhkəmə prosesində Maqsud Mirzəyev qəzada digər zərərçəkən tərəfi ittiham edib və hesab edib ki, hadisənin baş verməsində, oğlunun həyatını itirməsində İlham Əsgərli günahkardır.

Sevinc Yasinqızı

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu