Modern.az saytı xəbər verir ki, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 2015-2016-cı dərs ili üçün VI-VII-IX sinfə şagird qəbulu elan edib. Lisey Təhsil Nazirliyinə bağlıdır. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq dərslər Azərbaycan dilindədir. Təhsil pulsuzdur.
Liseyin elanında aşağıdakılar bildirilir:
1) MÜRACİƏT MÜDDƏTİ VƏ QƏBUL ŞƏRTLƏRİ
Müraciətlər may ayının 6-dan 29-dək hər gün saat 13.00-dan 19.00-a qədər qəbul olunur. Liseyə 2015-ci ildə V, VI ve VIII sinifdə oxuyan şagirdlər müraciət edə bilərlər.
2) TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
a) Şagirdin V-VI-VIII sinifdə oxuduğunu göstərən və məktəbin möhürü ilə təsdiq olunmuş arayış (Möhür şəklin üzərinə vurulur)
b) 2 ədəd şəkil (3 x 4 ölçüdə)
c ) Yaş kağızının surəti
3) İMTAHAN TARİXİ VƏ YERİ
Qəbul imtahanı 2015-ci il may ayının 31-də (V-VI siniflər), iyun ayının 6-da VIII siniflər , saat 10:00-da liseyin binasında keçiriləcək.
4) İMTAHAN FƏNLƏRİ VƏ İMTAHAN ŞƏKLİ
İmtahan V sinif şagirdləri ucun (Ana Dili,Ədəbiyyat,Riyaziyyat,Tarix,Ingilis Dili ve Həyat bilgisi )VI sinif şagirdləri ucun (Ana Dili,Ədəbiyyat,Riyaziyyat,Tarix,Ingilis Dili,ografıya ve biyologya) VIII sinif sagirdleri isə seçdiyi ixtisas qrupu üzrə fənlərdən test üsulu ilə keçiriləcəkdir. Suallar Azərbaycan dilindədir.
5) İMTAHAN NƏTİCƏLƏRİNİN ELANI
Qəbul nəticələri 16/06/2015-ci ildə, saat 11.00-da liseydə elan ediləcək.
6) ƏLAVƏLƏR
İmtahana ancaq lisey müdiriyyəti tərəfindən buraxılış vəsiqəsi verilmiş şagirdlər buraxılacaq.
Şagirdlər imtahana:
a) İmtahana buraxılış vəsiqəsi
b) 2 ədəd karandaş qələm və 1 ədəd pozan ilə gəlməlidirlər.
Ünvan: BDU Tələbə Şəhərciyi, Mətbuat pr.36/6, Yasamal rayonu
Əlaqə telefonları: 434 55 80 / 432 93 24