Modern.az

Qafqaz Jurnalistika Məktəbi imtahanların I turunun nəticəsini açıqladı

Qafqaz Jurnalistika Məktəbi imtahanların I turunun nəticəsini açıqladı

Qarabağ

30 Sentyabr 2010, 15:03

Qafqaz Jurnalistika Məktəbinə keçirilən qəbul imtahanlarının birinci turunun nəticələri açıqlanıb. “Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi”nin Azərbaycandakı nümayəndəsi İlqar Xudiyev saytımıza bildirib ki, birinci turun nəticələrinə görə, imtahan vermiş 20 nəfərdən 10-u ikinci tura müsabiqəyə buraxılıb. Onların arasında hazırda mətbuatda işləyən gənc
jurnalistlər də var. Modern.az-ın əməkdaşı Vüqar Ağamalıoğlu da ikinci mərhələyə keçənlər arasındadır.

İkninci mərhələnin vaxtı hələ təyin olunmayıb.
Bu mərhələyə keçən 10 nəfərdən yalnız 4-ü məktəbə qəbul olunacaq.

Xatırladaq ki, Qafqaz Media Məktəbində azərbaycanlılarla yanaşı, gürcülər və ermənilər də təhsil alırlar. Müdavimlərə təhsil Tiflis şəhərində verilir.


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama