Modern.az

Azay Quliyev BMT eksperti ilə gender layihələrini müzakirə edib

Azay Quliyev BMT eksperti ilə gender layihələrini müzakirə edib

30 Sentyabr 2010, 17:18


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın ofisində BMT-nin Qadın Məsələləri üzrə İnkişaf Fondunun (UNİFEM) eksperti xanım Linda Herşkoviçlə görüşüb.
Modern.az-ın məlumatına görə, xanım L.Herşkoviç qeyd edib ki, UNİFEM-in Qazaxıstanda yerləşən regional nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilməsinə başlanan layihənin məqsədi hökumət, özəl və qeyri-hökumət sektorlarında çalışan qadınların statusu və vəziyyəti ilə bağlı strategiyanın hazırlanmasıdır. Xanım L.Herşkoviç mövzu üzrə vəziyyətlə tanışlıq qismində Şuranın gender siyasəti və qadın məsələləri ilə bağlı maliyyələşdirdiyi layihələrlə maraqlandığını bildirib.
A.Quliyev  gender məsələlərinin Şuranın maliyyələşdirdiyi prioritet istiqamətlərə daxil olduğunu bildirib və bu sahədə yüzlərlə fəal QHT-nin olduğunu qeyd edib. A.Quliyev cəmiyyətdə müəyyən aktuallığı ilə seçilən bu məsələlərə Şuranın beynəlxalq təşkilatlarla imzaladığı birgə maliyyə yardımı müsabiqələrində də geniş yer verildiyini qeyd edib. Bu sahədə çalışan QHT-lərə beynəlxalq dəstəyin verilməsində Şuranın həm də bir körpü rolunu oynadığını deyən Şura sədri rəhbərlik etdiyi qurumun UNİFEM-lə də əməkdaşlığa hazır olduğunu bildirib.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama