Modern.az

Gənclər Təşkilatı Milli Şurasının rəhbərliyi türkiyəli qonaqlarla görüş keçirib

Gənclər Təşkilatı Milli Şurasının rəhbərliyi türkiyəli qonaqlarla görüş keçirib

1 Oktyabr 2010, 16:34


Bu gün Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (ARGTMŞ) rəhbərliyi ilə türkiyəli qonaqlar arasında görüş keçirilib. Tədbirdə ARGTMŞ sədri Fuad Muradov, təşkilata üzv olan uşaq və gənclər təşkilatlarının rəhbərləri iştirak  iştirak edib.

Modern.az-ın məlumatına görə, görüşdə türkiyəli qonaqlar Mersin-Silifke Bələdiyyə başkanı Bayram Əli Öncel, Mersin-Atakent bələdiyyə başkanı Hasan Uslu, Silifke Ticaret Odasının yönətim kurulu üzvü Yevfik Yıldırım, Avrasya Ekonomik İlişkiler Dərnəyi başkanı, Avropa TV-nin Türkiye təmsilçiliyinin başqanı Hikmet Eren iştirak edib.

Tədbirdə çıxış edən ARGTMŞ-ın sədri Fuad Muradov bildirib ki, Gənclər Təşkilatları Milli Şurası gənclərin beynəlxalq əlaqələrinin qurulması və möhkəmləndirilməsində, inkişaf etmiş ölkələrdə təcrübə mübadiləsi və qeyri-formal təhsil imkanlarının inkişaf etdirilməsində, eləcə də qlobal səviyyədə gənclər işinin gücləndirilməsində səylər göstərir.

Türkiyə Azərbaycan münasibətlərinə toxunan F.Muradov onu da qeyd edib ki, dərin köklərə malik olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sözdə deyil, əməldə təsdiq olunub.  İki dost ölkə arasında iqtisadi, siyasi və mədəni  sahədə əlaqələrin bugünkü səviyyəsi göz qabağındadır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra yüksələn xətlə inkişaf edən qarşılıqlı münasibətlər məhz bu təməl üzərində strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Türkiyəli qonaqlar çıxış edərək bildiriblər ki, Türkiyə ilə Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlandığını, bütün məsələlərdə eyni mövqedən çıxış etməsini təsdiqləyən faktorlardan biri də rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyidir. Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyən rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayınca Ermənistanla diplomatik münasibətlərin qurulmasından imtina edib. Dost və qardaş Türkiyə Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə bu dövlətlə sərhədlərin açılmayacağını da bəyan edib.

Qarşılıqlı fikir mübadiləsində qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi, iki qardaş ölkənin vahid mövqedən çıxış edərək müxtəlif güc mərkəzlərinin təzyiqlərinə ləyaqətlə davam gətirməsi, prinsipial mövqedən geri çəkilməməsi antitürkiyə və antiazərbaycan qüvvələri narahat edir və buna qarşı birgə mübarizə daim davam etdirilməlidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama