Modern.az

Sumqayıt və Mersin- Silifkə bələdiyyələri qardaşlaşır

Sumqayıt və  Mersin- Silifkə bələdiyyələri qardaşlaşır

4 Oktyabr 2010, 12:42


“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin dəvəti ilə  Azərbaycanda  olan bir qrup Türkiyə bələdiyyə başçısı və iş adamlarının görüşləri bu gün yekunlaşır. Bu barədə məlumat verən birliyin sədri Vüsalə Hüseynova bildirib ki, sentyabrın 30-dan oktyabrın 5-nə kimi nəzərdə tutulmuş səfər çərçivəsində bir sıra görüşlər keçirilib, iki ölkə arasında əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması barədə müzakirələr aparılıb:

“Bizim dəvətimizlə  Azərbaycanda olan Mersin - Silifkə Bələdiyyə Başkanı Bayram Əli Öncəl,  Atakənt Bələdiyyə rəhbəri Hasan Uslu,  Avrasya Ekonomik Əlaqələr Dərnəyinin sədri Hikmət Eren,  Avropa Birliyinin Türkiyə koordinatoru Göhkan Bahçecik 4 gün müddətində - “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov, “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova,  Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılınc,  Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının  (ARGTMŞ) sədri, millət vəkili Fuad Muradov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev,  Gəncliyə Yardım Fondunun rəhbəri Əhməd Tecim, Dünya türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı ,  Modern.az informasiya portalının redaksiyasında və digər qurumlarda görüşlər keçiriblər.
Görüşlər zamanı . Türkiyə-Azərbaycan münasibətlərinə toxunularaq, iki qardaş  dövlətin münasibətlərinin dərin köklərə malik oluğu vurğulanıb. Azərbaycan-Türkiyə dostluğunun sözdə deyil, əməldə təsdiq olunduğu bir daha qeyd edildi”.

Birlik rəhbərinin sözlərinə görə, bu gün qonaqlar Sumqayıtda görüşlərini davam etdiriblər: “Sumqayıt görüşlərinin əsas səbəbi isə Silifkə və Sumqayıt bələdiyyələrinin qardaşlaşması məsələsidir. Bu gün reallaşan tanışlıq görüşünü bu prosessin  başlanğıcı kimi dəyərləndirmək mümkündür. Düşünürük ki, tezliklə hər iki bələdiyyənin səyi nəticəsində bu qardaşlaşma reallaşaraq, ümumi işə öz tövhəsini verəcək”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama