Modern.az

Hərbi sahədən yazan jurnalistlər arasında seçim aparılacaq

Hərbi sahədən yazan jurnalistlər arasında seçim aparılacaq

4 Oktyabr 2010, 14:52

«Hərbi Jurnalistlər" ictimai birliyi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilən «Jurnalistlərin hərbi sahədə bilik və bacarıglarını artırılması" layihəsi çərçivəsində ölkədə hərbi sahədə yazan və bu istiqamətdə yazmağa meyl göstərən jurnalistlər arasında seçim müsabiqəsinə başlayır.
Bu barədə “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, 6 aylıq layihə çərçivəsində jurnalistlər üçün seminarların keçirilməsi planlaşdırılır. Bu seminarlarda iştirak etmək üçünsə oktyabrın 4-dən 11-dək hərbi sahədə yazan və buna marağı olan jurnalistlərin seçimi prosesinə start verilir.

Seminarlarda iştirak etmək istəyən KİV əməkdaşlarından xahiş olunur ki, layihə rəhbəri ilə əlaqə saxlasınlar və indiyədək mətbuatda yazdıqları yazıların bir neçə nüsxəsini (əgər qəzetlərdə dərc olunubsa) Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının ofisinə (Bəsti Bağırova 14. Statistika komitəsindən aşağıda) təqdim etsinlər.  Məqalələrin elektron versiyası [email protected] ünvanına da göndərilə builər.

Seminarlarda iştirak edəcək KİV əməkdaşlarının adları oktyabrın 15-ə qədər açıqlanacaq. Seçimdə əsas diqqət KİV əməkdaşlarının indiyə qədər sərgilədikləri səylərə və onların bundan sonra hərbi jurnalistika üzrə potensial imkanlarına yönəldiləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama