Modern.az

“AKP dini ideolgiyadan imtina etməli olacaq” – PROQNOZ

“AKP dini ideolgiyadan imtina etməli olacaq” – PROQNOZ

Qarabağ

20 İyun 2015, 13:30

 

“Seçkilərin nəticələri ilə hökumət qurmaq olmursa, onda bu, bütün parlament tipli ölkələrdə növbədənkənar seçkilərə getmək deməkdir. Bu günə kimi Türkiyədə seçkilərdən xeyli vaxt keçib.

Amma hələ də koalisiya alınmayıb. Koalisiyaya daxil olmaq təklif olunan partiyalar isə qeyri-məqbul şərtlər irəli sürür. Bu ondan xəbər verir ki, həmin partiyalar hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiyaya daxil olmaq istəmirlər. Bununla da faktiki olaraq AKP-ni yeni seçkilərə sürükləyirlər. Bu da anlaşılandır. Yüksək ehtimalla belə də olacaq”.

Bunu Modern.az saytına “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri,  politoloq Ərəstun Oruclu deyib. O bildirib ki, Türkiyə hökumətinin necə qurulacağı barədə  proqnoz vermək bir qədər çətindir.

“Amma normalda bütün təkrar seçki olmuş ölkələrdə iqtidarda olmuş partiya əgər yetərincə səs toplaya bilməyib, öz iqtidar fəaliyyətini təkbaşına davam etdirə bilmirsə, həm də koalision hökumət qura bilmirsə bu təkrar seçkiyə getməkdir. Siyasi praktikada demək olar ki, təkrar seçkiyə gedildiyi zaman bütün ölkələrdə hər zaman iqtidar partiyası səsləri bir qədər də azalır. Ola bilər ki, təkrar seçki olduğu zaman AKP özünün 41 faizini də toplaya bilməsin. Bu halda tamamilə bütün formatlarda koalision hökumət qurmaq mümkündür”.

Ekspertin sözlərinə görə AKP və Cümhuriyyət Xalq Partiyası ilə koalision hökumət yaratması ən ideal variantdır.

“Çünki burda partiyaların ideologiyasında dini təmayüllü siyasətdən və dünyəvi siyasətdən gedir. AKP-nin dini təmayüllə sürükləməsi Türkiyəni, xüsusilə də ona yaxın ətrafda olan şərq bölgəsində baş verənlərin fonunda çox təhlükəli bir tendensiyadır. Görünür AKP dini ideologiyasından imtina etməli olacaq ki, Türkiyədə ortaq bir model tapılsın. Bu daha uğurlu olardı.

Bunun üçün də ən ideal variant AKP və CHP-nin koalisiyasıdır. Türkiyədə də belə bir koalisiyanın olmasını istəyirlər. Hətta bu barədə bəyanat da veriblər”.

Sevinc YASİNQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu