Modern.az

Ənvər Paşanın nəvəsi səfirliyə yazdığı məktubun surətini Modern.az-a göndərdi

Ənvər Paşanın nəvəsi səfirliyə yazdığı məktubun surətini Modern.az-a göndərdi

Qarabağ

1 İyul 2015, 10:37

Ənvər Paşanın nəvəsi Osman Mayatepekin Azərbaycanın Türliyədəki səfirliyindən şikayət məktubunu dərc etdikdən sonra səfirlikdən məlumat təkzib edildi.

Bildirildi ki, bu günə qədər Osman Maytepek bir dəfə olsun nə səfirliyə məktub göndərib, nə də səfirlə görüşüb.  

Məsələnin bu şəkil aldığını görən Osman Mayatepek səfirə göndərdiyi məktublardan birini Modern.az saytına göndərib. Əlavə edib ki, bu məktubu öz əli ilə səfirliyə təqdim edib.  

Həmin məktubu təqdim edirik.

Sayın Faig Bagirov Büyükelçi Azerbaycan  Cumhuriyeti  Büyükelçiliği Ankara 1 Haziran 2015

Sayın Büyükelçi, Azerbaycan’ın Milli Günü Kutlamaları için sizi tebrik ederim. Davetiye almadığım için gelemedim.   Benimle muhtelif resepsiyonlarda tanıştınız, ama yine’ de kendimi bir nebze hatırlatmama izin verin. 

Bendeniz, az’ da sayılsa , Azerbaycan için fedakarlık yapmış bir aileden geliyorum. 15 Eylül 1918’de Nuri Paşa komutasında bir ordu Bakü’ yü 1130 şehit vererek kurtardı. Bakü’yü kurtaran Kafkas İslam Ordusu ise Harbiye Nazırı, Başkumandan vekili Enver Paşa’nın emriyle ve kaybedilen bir dünya savaşının sonunda, bütün zorluklara rağmen, kardeş Azerbaycan’ı kurtarmak için seferber edilmiş bir kuvvettir. Bendeniz ise bu aynı Enver Paşa’nın torunu ve kardeşi Nuri Paşa’nın, dolayısı ile küçük yeğeniyim.  

Bakü Uluslararası Basın Merkezinde, 4 Nisan 2015 günü yaptığım bir konuşma anında, yanımda oturan Sayın Milletvekili Fazıl Mustafa bana  "bugün Azerbaycan var ise bunu Enver ve Nuri Paşalara borçluyuz’’ deyince çok duygulanmıştım.

Buna benzer yorumlar Sayın Ali Hasanov, Sayın Cavanşir Fevziyev, Sayın Hüseyinova Sevinç Emirmehmed kızı, Sayın Aflatun Amaşov, Sayın Malahat İbrahim kızı, Sayın Ganire  Paşayeva ve muhtelif Azeri dostlarımdan duymak bana gurur vermişti.   Muhtemelen davetiyem postada kaybolmuştur diye düşündüm.

Saygılarımla,  A. Osman Mayatepek  

Qeyd edək ki, Osman Mayatepek bundan sonra bir daha səfirliyə müraciət etməyəcəyini söyləyib.   Səfirliyin ona münasibətini isə Ənvər Paşa, Nuru Paşa ruhuna sayğısızlıq kimi qiymətləndirilib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu