Modern.az

Gələn il büdcədən QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılacaq vəsaitin həcmi məlum olub

Gələn il büdcədən QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılacaq vəsaitin həcmi məlum olub

12 Oktyabr 2010, 18:44

Modern.az saytı “Azərbaycan Respublikasinın 2011-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün nəzərdə tutulan maliyyə vasaitinin məbləğini dəqiqləşdirib.

Milli Məclisin Mədəniyyət Komitəsindən saytımıza verilən məlumata görə, 2011-ci ilin büdcə zərfində ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə dövlət büdcəsindən 2 milyon 766 min324 manat manat vəsait nəzərdə tutulub.

Xatırladaq ki, bu, 2010-cu ildə ayrılan vəsaitlə təxminən eyni qədərdir. 2009-cu ildə Şuraya büdcədən 2 milyon manat ayrılmışdı.

Modern.az  

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama