Modern.az

Mətbuatı öldürən mətbuat...

Mətbuatı öldürən mətbuat...

1 Avqust 2015, 10:04

Bu ilin iyulun 22-də Azərbaycanda Milli Mətbuatın yaranmasının 140 illiyi təntənəli şəkildə, dövlət səviyyəsində qeyd olundu. Bu, Azərbaycan dövlətinin, ölkə başçısının mətbuatımıza verdiyi dəyərdir. 

Təxminən bir əsr yarım öncə yaranan Azərbaycan jurnalistikası müəyyən mərhələlərdən keçib, kifayət qədər uğurlara imza atıb. 

Hazırda Azərbaycanda yüzlərlə qəzet, jurnal çap edilir, 50-dən çox telekanal və radio fəaliyyət göstərir.

Hazırda kommersiya mediası jurnalistlər üçün daha önəmlidir. Media araşdırmaçılarının fikirlərinə diqqət etdikcə, belə nəticəyə gəlmək olur ki, bütövlükdə bu kommersiyalaşdırma, medianın ticarətləşməsi, ayrı-ayrı media holdinqlərin çox ciddi gerçəyə çevrilməsi bütün dünyada baş verir.

Uzun illərdir ki, bizdə bir yalançı, cəmiyyətə öz maraqlarını, sifarişləri sırıyan media bizdə geniş ayaq açıb ki, bu da ümumən cəmiyyətdə mətbuara etibarlılıq, inam məsələsini heçə endirib.

Bir az da konkretləşdirsək, belə mətbuat əsl mətbuatı “öldürür”.

Media eksperti Zeynal Məmmədli deyir ki, mətbuatı cəmiyyətdən bütövlükdə ayrı götürmək mümkün deyil: “Hər bir cəmiyyətin hansı qüsurları varsa, mütləq mətbuatda da əksini tapır. Biri var mətbuat qüsurları əks elətdirib göstərsin, digər tərəfdən isə bu qüsurların, çatışmazlıqların təsiri ilə o neqativlər mətbuatın özünü də neqativə çevirir. Məsələn, insanlarda kütlə psixologiyası çoxdur. Onların adicə stress aparma tipli materiallara marağı çoxdur. Mətbuatda başlayır onu verməyə.

Bütün hallarda təkcə mətbuatın özünü yox, cəmiyyətin özünün də necəliyini, bu cəmiyyətin necə formalaşdığını gözəl anlamaq lazımdır. Bu baxımdan Azərbaycanda və dünyada da prinsipcə mətbuat ölür.

Bütövlükdə bu kommersiyalaşdırma, medianın ticarətləşməsi, ayrı-ayrı media holdinqlərin çox ciddi bir danılmaz bir gerçəyə çevrilməsi ümumilikdə medianı əsl mətbuata qurban elətdirir. Neyləsək də bu, belədir. Pul qazanmamı, yoxsa doğrunu verməkmi? Hansı jurnalist üçün əlverişli olur. Kommersiyalaşmış media üçün mütləq pul qazanmaq əlverişlidir.

Bir başqa tərəfi isə daha çox auditoriya toplamaqdır. Bu informasiya kommunikasiya texnologiyasının dəyişməsi internet və sosial jurnalistikanın yayılmasıdır. Bunlar da medianın kommersiyalaşmasına ciddi səbəblərindən biridir. Çünki indi bu bəyənmələr, çox oxumalar, girişlər əsasdır.

Təsəvvür edin ki, bu medianın manipulyasiya olunmasına yol açır. Yəni yönləndirilməyə. Digər tərəfdən də media kütlənin zövqünü ardınca getməyə yönəlir. Ona görə də media idarə eləmək sanki bu texniki rəngarənglik, müxtəlif vasitələrdə iş başdan çətin görünür. Bu medianı yönəltmək artıq mümkün deyil. Məsələn, burada bu xəbəri buraxmayacaqlar, filanda verəcəm və s. Amma qlobal miqyasda da bir ana kompüterdən medianı yönəltmək çox asanlaşır. Yəni burada asanlıqla çətinliyin qəribə bir tandemi yaranır.

Bu, bir gerçəkdir. Əsl media indi uduzur.

Gerçək medianın kifayət qədər düşməni var. Siyasətçilər, hökumət medianın düşmənidir. Ondan istifadə etmək istəyir. Amma elə ki, özünə qarşı yönəldiyi zaman ona qarşı bir anbar əngəl yaradır. Yəni monopolistlər onun əleyhinədir.

İkinci bir səbəbdə kütlə insanıdır. Yəni yeyib içməkdən əylənməkdən başqa bir şeylə maraqlanmayan insan onun əleyhinədir. İndi siz özünüz hesablayın, dünyada hansılar çoxdur? Ona görə də həmişə gerçək media müstəqil və həqiqəti yazan media bir arzu kimi qalacaq.

Sadəcə biz ona çox nail olanda gerçək media faktından danışacağıq. Az nail olanda isə yox. Hələ ki, Azərbaycan bu problemi yaşamır. Azərbaycan gerçəkdən media görməyib”.

Zeynal Məmmədlinin fikrincə həm iqtidar, həm də müxalifət idarə olunan mətbuatın tərəfdarıdır:

“Bir çoxları pis mətbuata da maraqlıdır. İlk baxışdan elə gəlir ki, bunlar mətbuat azadlığında maraqlıdırlar. Amma ciddi baxanda bunların hamısı idarə olunmuş mətbuatın tərəfdarıdır. Məsələn, daxildən hökumət güclüdürsə, onun rəqibləri xarici mətbuatdan istifadə edəcək. Yaxud da daxildə müxalifət güclüdürsə, onun hökumət əlindəki maliyyə kanalları xaricdən gəlir.

Ortalıqda oyunçular və oyun olmayanda qələbədən söhbət gedə bilməz. Hələ ki, Azərbaycanda gerçək mətbuatla bütöv bir mətbuatın yarışı olmayıb. Ardıcıl oxucu auditoru siyahısı olmayan bir yerdə müstəqil bir medianın da yaranması absurddur. Bu mümkün deyil. Bizdə hələ oxucu anlayışı formalaşmamış qəzet, kitab ucuz olmadan kitab olub. Təsəvvür edin ki, qəzet oxucusu formalaşmış birdən birə televiziya, internet  və ya radio olur”.

Sevinc YASİNQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu