Modern.az

Parlament Jurnalistlər Birliyinin seçkilərlə bağlı yeni layihəsi var

Parlament Jurnalistlər Birliyinin seçkilərlə bağlı yeni layihəsi var

14 Oktyabr 2010, 10:46

Sabahdan etibarən IV çağırış Milli Məclisə seçkilərlə bağlı təbligat-təşviqat kampaniyasına start veriləcək. Bu kampaniyada Parlament Jurnalistlər Birliyi ilə Modern.az saytı yeni layihə həyata keçirəcək.

Modern.az saytı xəbər verir ki, təbliğat-təşviqat dövründə reallaşdırılacaq bu layihə çərçivəsində seçkilərə qatılan namizədlərin seçicilər arasındakı reytinqinin öyrənilməsi ilə bağlı əksər dairələrdə mini-sorğular təşkil ediləcək.

Sorğu nəticəsində seçicilərdən kimin şanslı və şanssız namizəd olduğu soruşulacaq.

Sorğunun nəticələri PJB-yə üzv jurnalistlərin əməkdaşı olduqları əksər mətbu orqanlarda, elektron KİV-də yerləşdiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama