Modern.az

Vüqar Səfərli gələn il Fonda ayrılacaq vəsaitin həcminin az olduğunu düşünür

Vüqar Səfərli gələn il Fonda ayrılacaq vəsaitin həcminin az olduğunu düşünür

14 Oktyabr 2010, 18:06

Xəbər verdiyimiz kimi, 2011-cu ilin büdcə zərfində Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə  Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 2 milyon 400 min manta vəsait ayrılması nəzərdə tutulub.
Müqayisə üçün bildirək ki, 2010-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən xeyli az - 2 milyon manat vəsait ayrılıb.

2009-cu ildə isə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna isə 1 milyon 300 min manat vəsait ayrılmışdı.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu gələn il üçün büdcədən ayrılacaq
vəsaitin həcmindən razıdırmı?

Modern.az saytının əməkdaşı bu suala cavab almaq üçün Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb.

V.Səfərli bildirib ki, gələn ilin büdcəsində nəzərdə tutulan vəsaitin həcmi onları heç cür qane etmir.
 “Keçən ilki büdcədən birdəfəlik yardımlarla birlikdə 3 milyon manata yaxın pul ayrılmışdı. Özünüz  müqayisə etsəniz, fərqi görə bilərsiniz. Bu vəsaitlə nəzərdə tutulan bütün işləri görmək çətindir”.

Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama