Modern.az

Azərbaycanda şirkətlər mətbuata hansı prinsiplərlə reklam verir?

Azərbaycanda şirkətlər mətbuata hansı prinsiplərlə reklam verir?

18 Oktyabr 2010, 11:57

Açıq Cəmiyyət İnstitutu  Yardım Fondunun  “İfadə azadlığında  reklamın rolu”  fərdi qrant layihəsi başa çatıb. İki aylıq  layihə çərçivəsində  Azərbaycanda fəaliyyət göstərən  15 şirkət arasında  reklamla bağlı sorğu  aparılıb. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinbin sədri, layihənin  koordinatoru  Əkrəm  Bəydəmirlinin sözlərinə görə, sorğu-araşdırmanın  əsas məqsəd   həmin  şirkətlərin son üç ildə çap mətbuatına  hansı  kriteriyalarla  reklam ayırması,  bu qəzetlərin  adlarının açıqlanması,  çap mətbuatında reklam yerləşdirərkən  hansı prinsiplərə əsaslanmasını müəyyən etmək olub.

Sorğu-araşdırmada  iştirak edən  şırkətləri üç qrupa bölmək olar:  

Birinci qrupda olanlar:  qəzetlərdə tirajın yüksək olmasını, reytinqini, çap məhsullarının keyfiyyətini nəzərə alaraq reklam veriblər. Bu şirkətlər: “Bakcell”,  “Azercell”, İmprotex Motors”  MMC,  “DNS Computers” şirkəti və s.    

İkinci qrupda olanlar:  vaxtilə reklam verib  indi müxtəlif  səbəblər üzündən reklamı dayandıran   şirkətlərdir:  “Statoil Azerbaijan”, “Elit Mebel”, “Catel”  MMC, “Qafqaz Mineral Suları”, “AzEuroTel” və s.  

Üçüncü qrupa daxil olan şirkətlər: daha çox rəsmi qəzetlərə reklam verən şirkətlərdir. Həmin  şirkətlər sosial reklamlardan  tutmuş  digərlərini də rəsmi mətbuatda yerləşdirməyə üstünlük verirlər.  

Aparılan araşdırmalardan və real vəziyyətdən aydın olur ki, qəzetlərə ayrılan reklamlar  getdikcə  azalmaqdadır. Çap mətbuatına  reklamın azalmasına  münasaibət bildirən  şirkət nümayəndələrinin 21,5 %-i qəzetlərin tirajının aşağı düşməsini,  57%-i isə  elektron mediaya  və metro reklamına üstünlük vermələrini  əsas gətiriblər. 11,5 % isə  şirkətlərlə  mətbuat  və mətbuatla  cəmiyyət  arasında sivil münasibətlərin yaranmamasını önə  çəkiblər.

Sorğu-araşdırma zamanı  o da bəlli olub ki,  şirkətlər il ərzində   çap mətbuatına  nə qədər reklam vəsaiti  xərcləməsi ilə bağlı  məlumat verməkdə  maraqlı deyillər. Bunu  şirkətdaxili məsələ kimi  əsaslandırmağa  çalışıblar.  Bəzi şirkətlər  ifrat siyasiləşmiş mətbuat orqanlarına  reklam vermədiklərini bildiriblər.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama