Mərkəzi Seçki Komissiyası (MSK) 83 saylı dairə seçki komissiyasının Vüqar Bayramovun Milli Məclisə namizədliyinin qeydiyyata alınmaması ilə bağlı qərarını ləğv edib. MSK tanınmış iqtisadçının deputatlığının qeydiyyata alınması ilə bağlı qərar qəbul edib.
Deputatlığa namizədliyinin qeydə alınması ilə bağlı qərarı alqışlayan Vüqar Bayramov ədalətin bərpa olunması və ona qarşı olan haqsızlıqlar ilə bağlı ölkə prezidentə və Prezident Administrasiyasının rəhbərinə müraciət etdiyini deyib .
”Müraciətim nəzərə alınıb və ədalət bərpa edilməsini yüksək qiymətləndirirəm”. ABŞ-ın Corc Taun Universitetinin hazırladığı “Dünyanın 500 ən nüfuzlu müsəlmanı” və Azərbaycan Prezidentinin adının da daxil edildiyi siyahıda ölkəmizi “elm və inkişaf” kateqoriyası üzrə təmsil etdiyini bildirən V. Bayramov deyib ki, seçkilərdə iştirakda məqsəd iqtisadi islahatlara və iqtisadi qanunvericilin daha da təkmilləşməsinə dəstək vermək istəyi ilə bağlıdır. Əsərləri dünyada 25 xarici dilə tərcümə edilən iqtisadçı alim əlavə etdi ki, o ekspert kimi Qazaxıstanda anti-böhran, Yunanıstanda isə stabilləşmə proqramının hazırlanmasında iştirak edib və parlamentə seçilərsə bu ona öz bilik və təcrübəsindən Azərbaycanın inkişafı naminə daha yaxından istifadə etmək imkanı verəcək.