Modern.az

QHT sədri deputatlığa namizəd olacaq

QHT sədri deputatlığa namizəd olacaq

21 Avqust 2015, 09:36


"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova 1 noyabr 2015-ci il tarixində keçiriləcək Milli Məclisə deputat seçkilərində iştirak edəcəyi haqqında mətbuata açıqlama verib.

O, bitərəf olaraq seçkilərə qatılacağını bildirib. Şəxsi təşəbbüsü ilə namizədliyini 49 saylı Yevlax-Mingəçevir dairəsindən irəli sürəcəyini qeyd edib.

Onu da vurğulayaq ki, Nailə İsmayılova 2005-ci ildə keçirilmiş Milli Məclisə deputat seçkilərində də öz namizədliyini irəli sürərək iştirak edib.

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım