7 noyabr Milli Məclisə keçirilən seçkilərdə namizədliyini 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki dairəsindən namizədliyi «Demokratiya» blokundan irrəli sürülən «Həftə içi»qəzetinin müxbiri Əli Zülfüqaroğluya qarşı ciddi təxribata yol verilib. Onun doldurduğu 12 imza vərəqi (587 imza) yoxa çıxıb:
«Mən oktyabrın 7-də «Demokratiya» blokunun nümayəndəsin Samir Əsədli ilə birlikdə DSK-ya getdim. DSK sədri Qəşəm Əhmədzadə bildirdi ki, vərəqələri səhər gətitrərsiniz. Mənim ora gəlməyimə ehtiyac olmadığını dedi və bildirdi ki, Samirin sənədləri gətirməsi kifayətdir. Səhər Samirə zəng vurdub, sənədləri verib-verməməsini soruşdum. O dedi ki, vərəqələri təhvil verib, heç bir pooblem yoxdur. Təqribən 2-3 gün sonra DSK ilə əlaqə saxladım. Mənə bildirdilər ki, hələ araşdırma aparılır. Oktyabrın 14-də-18-nə qədər İranda səfərdə olmuşam. Səfərdən qayıdan günün səhəri (dünən) Samirə zəng vurdum. Samir mənə dedi ki, imza vərəqələrini DSKy-a təqdim edib, yığılan imzaların 3 yüzünü saxta çıxardıblar. DSK sədri Qəşəm Əhmədzadə isə mənə bildirdi ki, onlara imza vərəqələri təhvil verilməyib». Ə.Zülfüqaroğlu həmçinin əlavə etdi ki, bu məsələdə bir sıra qaranlıq məqamlar var: «Hələlik araşdırmalar aparıram. Bu işin axırına qədər gedəcəyəm. Demək orlarn ki, hansı oyunların getdiyindən xəbərdaram. Bir neçə gündən sonra əlimdə olan fsaktların hamısını ictimaiyyətə açıqlayacağam». Mail Ağaxanov