Modern.az

QHT sədri “Qara dəniz ölkələri QHT-lərinin Forumu”na qatılacaq

QHT sədri “Qara dəniz ölkələri QHT-lərinin Forumu”na qatılacaq

19 Oktyabr 2010, 17:38

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynova oktyabrın 20-dən- 24-dək Rumıniyanın Konstanta şəhərində işgüzar səfərdə olacaq. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, QHT sədri Rumıniyada  keçirilək “Qara dəniz ölkələri QHT-lərinin Forumu”na qatılacaq. Qeyd edək ki, tədbirdə  Azərbaycan, Rusiya, Türkiyə, Belorus, Bolqariya, Ukrayna, Gürcüstan,  Yunanıstan, Rumınya və Ermənistandan olan vətəndaş cəmiyyətinin aktivləri iştirak edəcəklər.
Forumda iştirakçı dövlətlərin QHT-ləri arasında həmrəyliyin və iş birliyinin yaranması, vətəndaş cəmiyyəti quruculuğunda gənclərin verəcəyi tövhə,  sosial və iqtisadi islahatlar, iqtisadi böhran və onun nəticələri, insan hüquqları, etniklərin hüquqlarının qorunması və gənclərin təhsil məsələləri müzakirə olunacaq. Bundan əlavə, V.Hüseynovanın  Forum çərçivəsində German Marşal Fondunun prezidenti Craig Kennedi,  Henrix Böll Fondunun Cənubi Qafqaz Ofisinin rəhbəri  Iris Kempe ilə ikitərəfli, Rumıniya rəsmiləri və  QHT rəhbərləri ilə isə tanışlıq  görüşlərinin keçirilməsi nəzərdə tutulub.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama