Modern.az

Mübariz Əhmədoğlu: “Azərbaycan sürətlə müharibəyə hazırlaşır”

Mübariz Əhmədoğlu: “Azərbaycan sürətlə müharibəyə hazırlaşır”

20 Oktyabr 2010, 16:50

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ manaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.   Proseslərin ciddi və həlledici mərhələyə qədəm qoyduğunu deyən politoloq əvvəlcə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonlarda monitorinq missiyasının başa çatması münasibətilə yaydıqları bəyanata münasibət bildirib:
“Rəsmi sənəddə Dağlıq Qarabağın ətrafındakı torpaqlar “işğal olunmuş ərazilər”, Dağlıq Qarabağın paytaxtı “Stepanakert/Xankəndi”, yerli hakimiyyət “de-fakto idarəedicilər” adlandırıldı. Bu, Ermənistanda ekspert və siyasətçilər, o cümləıdən hakim partiya üzvləri arasında ajiotaj yaratsa da, rəsmi Yerevan hələ də susur. “G-8”-in iyulda Kanadada keçirilən Toronto sammiti zamanı ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentlərinin yaydığı bəyanatda “işğal olunmuş ərazilər” termini işlədilmişdir. O zaman Erməistanən xarici işlər naziri ölkəsinin bə bəyanatı dəstəklədiyini bildirmişdi. Baş verənləri “Madrid prinsipləri”nin tədricən reallaşması kimi qiymətləndirmək olar”.  

M.Əhmədoğlu problemin həllindən danışarkən İranı “münaqişənin tənzimlənməsində yeganə xarici maneə” adlandırıb. SİTM sədri deyib ki, İran Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini tamamilə dəyişib: “İran onun vasitəçiliyini qəbul etməyən, region dövlətərinin münaqişənin tənzimlənməsində iştirakını rədd edən Ermənistana nəinki etiraz edir, əksinə, bu olkə ilə daha da yaxınlaşmaq kursu götürüb. İran Rusiya ilə düşmənçilik edir, onu Rusiyadan sıxışdırıb çıxarmaq istəyir. Ermənistan Rusiyanın təhriki ilə İranı Razdan İES-in beşinci blokundan qovsa da, İran bu təhqiri bağışladı. İranın Ermənistanla əlaqələrinin mahiyyəti, o cümlədən Araz çayı üzərində iki SES tikib Ermənistana bağışlaması İranın dini deyil, milli dövlət olduğunu göstərir. Quranda müsəlmanın xristiana inanmasını qadağan edən bir neçə ayə mövcuddur. İslam respublikası oıan İran bu ayələri danır. İran Araz çayı üzərində SES tikir. Amma iki kilometr o tərəfdə öz vətəndaşları acından ölür. İranın Ermənistana bəslədiyi hislər qonşuluq deyil, qardaşlıq münasibətlər sisteminə daxildir. İranın məqsədi Azərbaycanı məhv etməkdir”. 

M.Əhmədoğlu deyib ki, müşahidələri ona Azərbaycanın sürətlə müharibəyə hazırlaşdığını söyləməyə əsas verir: “Azərbaycan hərbi büdcəsini iki dəfə artırdı. Bu, Azərbaycanın müharibəyə hazırlaşdığını göstərir. İki gün əvvəl Azərbaycan viza rejimini sərtləşdirdi. Bu isə o deməkdir ki, biz ancaq istədiyimiz adamları öz ölkəmizdə görmək istəyirik. Azərbaycanın viza rejimini sərtləşdirməsi müharibəyə hazırlığın növbəti əlaməti sayıla bilər. Müharibə hazırlığına dəlalət edən digər bir məqam isə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsidir. Ən önəmli faktor isə mətbuatda Azərbaycanın Rusiyadan silah alması ilə bağlı məlumatların yayılmasıdır. Nəzərə almaq lazımdır ki, haqqında söhbət gedən silahlar müdafiə deyil, hücum üçün nəzərdə tutulub. Ermənistan ağlını başına yığıb işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir”.   

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama