Modern.az

Əflatun Amaşov: “Biz də jurnalistlərin belə bir qurumunu yaradacağıq"

Əflatun Amaşov: “Biz də jurnalistlərin belə bir qurumunu yaradacağıq"

21 Oktyabr 2010, 11:20

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda mətbuatla bağlı yeni qurumun yaradılması təklifilə çıxış edəcək. Modern.az-ın məlumatına görə, Mətbuat Şurasının sədri bu barədə Türkiyə Qəzetcilər Federasiyasının Kayseri şəhərindəki illik toplantısında çıxış edərkən bildirib.
O, toplantıda Azərbaycan mətbuatının tarixi və bu günkü durumuna, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edib.

Ə.Amaşov deyib ki, Azərbaycanda da media ilə bağlı Türkiyədəki kimi bir qurumun (federasiyanın) yaradılması yaxşı olardı. O, belə bir təkliflə çıxış edəcəyini, məsələnin həll oluna biləcəyini söyləyib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama