Modern.az

Rumınıya Qarabağ məsələsində həmişə Azərbaycanın yanındadır

 Rumınıya Qarabağ məsələsində həmişə Azərbaycanın yanındadır

Qarabağ

21 Oktyabr 2010, 18:21

Rumıniyada səfərdə olan  “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynova oktyabrın 21 də Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Anton Nikulescu ilə görüşwb. Görüş barədə Modern.az-a məlumat verən V.Hüseynova deyib ki, o, A.Nikuleskuya Azərbaycandakı bu gün sürətlə inkişaf edən sosial və iqtisadi irəliləyiş barədə məlumat verib. Dağlıq Qarabağ problemi və Azərbaycanın ədalətli mövqeyi ilə bağlı məlumat verən V.Hüseyova bu problemin yalnız Azərbaycana deyil, digər region dövlətlərin də inkişafına   təsir etdiyini vurgulayıb: “Biz ölkə gəncləri olaraq düşünürük ki, bu işdə dünya dövlətləri kimi Qaradəniz ölkələri də Ermənistana təzyiq göstərməli və BMT-nın məlum dörd qətnaməsinin tezliklə reallaşması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün öz səylərini göstərməlidirlər”.

Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Anton Nikulescu də öz növbəsində qeyd edib ki, Azərbaycan Rumıniya üçün dost ölkədir və bu münasibətlər Azərbaycan prezidenti İlham Əliyevin səyləri nəticəsində daha yüksək səviyyəyə çatmışdır. Hər iki ölkə rarasında münasibətlərin daha da inkişaf edəcəyini bildirən dövlət katibi Dağlıq Qarabağ məsələsinə də toxunmuşdur: “Rumıniya hər bir ölkə kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ problüminin tezliklə həll ediləcəyinə ümid edirik. Biz bu məsələdə həmişə Azərbaycanın yanındayıq”.
Dövlət katibi gənclər arasında da münasibətlərin daha böyük tövhələr verəcəyinə əmin olduğunu qeyd edib və bu işdə həmişə gəncləri dəstəklədiklərini söyləyib.

Görüşün sonunda Anton Nikulescuyə Dağlıq Qarabağ ərazisində olan lakin ermənilər tərəfindən dağıdılmış  Azərbaycanın  mədəniyyət abidələrinə aid CD diski və foto albomu təqdim edilib.

Rumınyaya səfəri çərçivəsində V. Hüseynova Avropa Birliyinin Rumınyadakı nümayəndəliyinin rəhbəri Niculae İdu ilə də görüşüb. Görüş çərçivəsində Avropa Birliyi və Azərbaycan münasibətləri, Azərbaycanın Şərq Tərəfdaşlığı Pröqramında uğurlu iştirakı və yeni qonşuluq siyasəti çərçivəsində gənclər təşkilatlarının layihələri barədə fikir mübadiləsi aparılıb. İdu Azərbaycanın enerji təhlükəsizliyi proqramında Azərbaycanın önəmli rolunu qeyd edərək,  Şərq Tərəfdaşlığı proqramının da hər iki tərəf üçün önəmli olduğunu vurğulayıb.        

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama